“Everton”un yarımmüdafiəçisi İdrissa Gueye PSJ-nin hücumçusu Kilian Mbappe ilə birlikdə 2021/2022 mövsümü ərzində bu klubun matçlarını izlədiklərini bildirib.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, seneqallı Mbappe ilə yanaşı həmin vaxtı PSJ-də oynamış digər oyunçuların da İngiltərə klubunun çıxışını maraqla izlədiyini bildirib:
"Bəli, Mbappe ilə həmin mövsüm demək olar ki, "Everton"un əksər oyunlarını izləyirdik. O özü də, bu komandanın oyununa baxmağı sevirdi. Kiliana “Everton”a getməsini dedim, amma o, məni dinləmədi. Bəzən Yulian Draksler də “Everton”un oyunlarını maraqla izləyirdi”.
34 yaşlı futbolçu 2016-2019-cu illərdə “Everton”da oynadıqdan sonra PSJ-yə keçmişdi. 2022-ci ildə isə o, yenidən sabiq komandasına qayıtmışdı.
saytlarin hazirlanmasi