Portuqaliyanın “Braqa” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la cavab oyunu (ilk oyun – 2:4) üçün şəxsi təyyarə ilə Bakıya yollanıb.
Sportal.az xəbər verir ki, Portuqaliya klubunun baş məşqçisi Artur Jorje 23 futbolçudan ibarət heyəti Azərbaycanın paytaxtına gətirib:
Qapıçılar: Mateus, Tyaqo Sa, Lukas Qorniçek;
Müdafiəçilər: Viktor Qomez, Siku Nyakate, Serdar Saatçi, Xose Fonte, Paula Oliveyra, Yusafat Mendes, Kristian Borxa, Şissumba
Yarımmüdafiəçilər: Şer N'Dur, Rodriqo Zalazar, Vitor Karvalyo, Pizzi, Joao Moutinyo, Cibril Sumare;
Hücumçular: Bruma, Abel Ruiz, Rojer Fernandes, Alvaro Djalo, Roni Lopeş, Simon Banza
"Qarabağ" - "Braqa" matçı fevralın 22-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.