Millinin sabiq kapitanı karyerasını bərpa etdi

11:34 - 21 Fevral 2024

"Atletiko" (Madrid) və Uruqvay millisinin sabiq müdafiəçisi Dieqo Qodin futbolçu karyerasını bərpa edib.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu Uruqvayın "Poronqos" klubu ilə müqavilə imzalayıb. 

Qodin 2023-cü ilin yayında karyerasını başa vurduğunu açıqlamışdı.

Onun son komandası Argentinanın “Velez Sarsfild” klubu olmuşdu. O, 2010-cu ildən 2019-cu ilə qədər “Atletiko”da oynayıb. Qodin Uruqvay millisinin heyətində ən çox oyun keçirən futbolçudur. 

Xəbər xətti