"Sabah"dan sonra karyeramı Gürcüstan klublarının birində davam etdirə bilərdim"

11:47 - 21 Fevral 2024

Belarusun "Qomel" klubunun yeni qapıçısı Aleksandr Neçayev "Sabah"da dönəmini xatırlayıb. Sportal.az xəbər verir ki, Belarus mətbuatına müsahibə verən təcrübəli qolkiper Azərbaycandakı karyerası haqda danışıb.

- Azərbaycandakı legioner həyatından sonra "Minsk"ə qayıtdınız. Orada keçirdiyiniz vaxtı necə qiymətləndirərdiniz?

Azərbaycanda keçirdiyim vaxt əla təcrübə idi. Bəli, demək olar ki, oyun təcrübəm yox idi, amma bunu əla məşq prosesi, iş şəraiti, yüksək keyfiyyətli infrastruktur, məşhur idmançılarla tanışlıq və onlarla çiyin-çiyinə işləmək imkanı kompensasiya etdi.

- Orada qalmaq imkanınız var idi?

Bakıya məmnuniyyətlə qayıdardım. “Sabah”dan sonra karyeramı Qafqazda, Gürcüstan çempionatında yarışan klubların birində davam etdirə bilərdim. Amma mən qərara gəldim ki, məhz “Minsk”də karyeramı canlandırmaq üçün daha çox şansım olacaq.

- Belarus və Azərbaycan futbolunun fərqindən danışardın....

Azərbaycan Premyer Liqasında müxtəlif şəraiti olan klublar var: infrastruktur və maliyyə. İlk beş komandada məhsuldar iş üçün lazım olan hər şey var. Premyer Liqadakı klubların hər birinin meydançaları yaxşıdır. Onlar həm təbii, həm də süni ola bilər. Çoxlu keyfiyyətli əcnəbi futbolçular var. Bu o deməkdir ki, klublar müvafiq imkanlara sahibdir. Qeyd edim ki, belaruslu futbolçularla müqayisədə onların nizam-intizamı daha yaxşıdır. Futboldan danışsaq, o da fərqli ola bilər. Hər şey fərdi komandanın məqsədlərindən asılıdır.

Mirbağırağa
 

Xəbər xətti