İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış bir oyun baş tutub.

Sportal.az xəbər verir ki, "Mançester Siti" "Brentford"la qarşılaşıb. 

"Şəhərlilər" Erlinq Halandın vurduğu qolla qələbə qazanıb.

"Mançester Siti" 56 xalla turnir cədvəlində ikinci pillədədir.