Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" baş məşqçi Pyotr Stokoviçlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Stokoviçi artıq ilk məşqini keçirmiş Marçin Matısyak əvəzləyib.
O, son 4 ildə klubda məşqçi kimi çalışıb və hazırda əsas komandanın məşqçisi təyin olunub.
Qeyd edək ki, “LKS Lodz” yüksək liqada 20 turda cəmi iki dəfə qalib gəlib və 10 xalla sonuncudur. Əlavə edək ki, ilin əvvəlində Polşa klubuna keçən Məmmədov Premyer Liqada iki oyun keçirib.
saytlarin hazirlanmasi