“Dinamo”nun (Berlin) hücumçusu Tuqay Uzan Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasının 22-ci turunun “Karl-Zeys Jena”ya qarşı keçirilmiş oyunda (3:2) vurduğu qolu ona həsr edən Rüfət Dadaşovun hərəkətinə münasibət bildirib.
Sportal.az “Berliner Kurier”ə istinadən xəbər verir ki, forvard Azərbaycan millisinin sabiq hücumçusu barədə bunları deyib:
“Mən bunu gözləmirdim. “Dada” və uşaqlar skamyaya tərəf qaçanda, Malle isə mənim formamı götürəndə çox həyəcanlandım. Bir az göz yaşlarım olduğunu etiraf etməkdən xoşbəxtəm. Çox şadam ki, belə komanda yoldaşlarım var. Yox, onlar dostdurlar”.
Qeyd edək ki, Dadaşov hazırda liqanın bombardiridir.
saytlarin hazirlanmasi