Estoniyalı idman direktoru azərbaycanlı barədə: "Komandaya gətirmək istədiyim oyunçulardan idi"

17:18 - 21 Fevral 2024

Azərbaycanın U-21 yığmasının üzvü Murad Vəliyevin Estoniyada klubunu dəyişməsi, “Levadiya”dan “Nomme Yunayted”ə keçməsi haqda xəbər vermişdik.

Sportal.az xəbər verir ki, Vəliyevin yeni klubunun idman direktoru Martin Klasen millimizin üzvünün transferi haqda danışıb:

"Yeni vəzifəyə başlayanda, komandaya gətirmək istədiyim əsas oyunçulardan biri Murad idi. Mən onu 19 yaşından tanıyıram və şəxsiyyəti paltardəyişmə otağımıza mükəmməl əlavədir, onun futbol bacarığından hələ danışmıram. Mən çox şadam ki, bu keçid reallaşdı və ümid edirəm ki, 2024-cü il Murad üçün “Nomme Yunayted” forması ilə əsl sıçrayış ili olacaq".

Xəbər xətti