Xorvatiyanın "Dinamo" klubunun azərbaycanlı futbolçusu Mahir Emreli ümumi qrupla məşqlərə qayıdıb.
Sportal.az xəbər verir ki, zədəsini sağaldan Azərbaycan millisinin üzvü Konfrans Liqasının pley-off mərhələsinin "Betis"ə qarşı keçiriləcək cavab oyunu öncəsi komandası ilə məşqə çıxıb.
Xatırladaq ki, 26 yaşlı forvard ilin əvvəlində qış toplanışı zamanı yoldaşlıq görüşü zamanı zədələnmişdi.
Zaqreb klubu onun adını avrokuboklar üçün sifariş edib.
saytlarin hazirlanmasi