Rusiya mətbuatı Avropa Liqasının pley-off mərhələsinin bu gün Bakıda keçiriləcək "Qarabağ" - "Braqa" oyununa (ilk oyun 4:2) toxunublar.
Sportal.az xəbər verir ki, "Ведомости" nəşri "Qarabağ"ın 1/8 final mərhələ şanslarını dəyərləndiriblər:
"Avropa Liqasının pley-off mərhələsində daha bir rusiyalı legioner çıxış edir - Azərbaycanın “Qarabağ” klubunun qapıçısı Andrey Lunyov. Onun komandası “Bayer”, “Molde” və “Hekken”lə yer aldıqları qrup mərhələsində ikinci yeri tutdular. Pley-offda Azərbaycan klubununn qarşısına payızda Çempionlar Liqasında iştirak etmiş Portuqaliyanın “Braqa” klubu çıxdı. Orada “Qarabağ”ın hazırki rəqibi “Real”, “Napoli” və “Union Berlin”lə çətin qrupda yaxşı görünüb, üçüncü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanmışdı. "Qarabağ"la qarşılaşmada “Braqa” favorit hesab edilsə də, Portuqaliyada keçirilən ilk oyunda Qurban Qrubanovun komandası sensasiyalı qələbə qazandı. İndi Bakıda keçiriləcək cavab oyununda meydan sahibləri hətta bir top fərqi ilə uduzması onları növbəti mərhələyə aparacaq. Həmin nəticə və ya heç-heçə "Qarabağ"ı 1/8 finala çıxaracaq".
Qeyd edək ki, "Qarabağ" - "Braqa" görüşünə 21:45-də start veriləcək.