"Bavariya”nı tərk edəcək Tomas Tuxelin yeni mövsümdən harada işləyəcəyi dəqiqləşib.
Sportal.az “Kicker”ə istinadən xəbər verir ki, o, “Mançester Yunayted”də işləməyə razı olub.
Almaniyalı mütəxəssis Münhen klubundan ayrıldıqdan sonra karyerasına fasilə vermək istəsə də, “Mançester Yunayted"in rəsmi təklifi onun fikrini dəyişib.
“Qırmızı şeytanlar”ın ənənəsi və maliyyə imkanları Tuxelin diqqətini cəlb edib.
50 yaşlı mütəxəssis “Maynts”, “Borussiya”(Dortmund), PSJ, “Çelsi” komandalarında işləyib.
saytlarin hazirlanmasi