Azərbaycan Premyer Liqasında çıxış etmiş və "Braqa"nın əsas komandasında oynamış yeganə futbolçu olan Yazalde Pinto Sportal.az saytına açıqlama verib.
"Qəbələ"nin sabiq forvardı həm ilk görüş, həm də cavab matçı haqda fikirlərini bildirib:
"Mənim üçün sürpriz nəticə oldu. Futbolda necə olacağını bilmirsən. "Qarabağ"ın da yaxşı komanda olduğunu bilirdim. Portuqaliyada da insanlar deyir ki, "Qarabağ" çox yaxşı oynadı, "Braqa" isə yaxşı oynamadı. "Braqa" Çempionlar Liqasında çıxış etmişdi və orada yaxşı futbol nümayiş etdirmişdilər. "Real", "Napoli" kimi olduqca güclü rəqiblərlə əla oyun göstərmişdilər. Bu mənada, insanların "Braqa"dan gözləntisi başqa idi. "Braqa" "Qarabağ"dan çox güclü komandadır. Ona görə də, insanlar düşünürdü ki, "Braqa" qalib gələcək. Özünüz də başa düşürsüz ki, "Braqa"nın keyfiyyəti daha yüksəkdir, hücum xətti güclüdür, amma müdafiə xətti elə də yaxşı deyil.
İstənilən halda, "Braqa"nın Bakıda "come back" etmək şansı var. "Qarabağ" rahat çıxarsa, "Braqa" üçün daha asan olacaq. Lakin ümumilikdə matçın çətin keçəcəyi dəqiqdir. Çünki "Qarabağ" ilk oyunda necə oynaya bildiyini göstərmişdi. Olduqca ağır oyun olacaq. Həqiqətən də maraqla necə olacağını gözləyirəm".
Mirbağırağa
saytlarin hazirlanmasi