"Sumqayıt"ın heyətini yeni futbolçu ilə gücləndirməsi haqda xəbər vermişdik.
Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektivə ekvadorlu yarımmüdafiəçi Jordan Rezabala qoşulub.
23 yaşlı futbolçu ilə 2024-cü ilin sonunadək müqavilə imzalanıb.
Rezabala son olaraq ölkəsinin "Quayakil" klubunda forma geyinib.
O, 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün oynayıb. Rezabala həm sağ, həm də sol cinah vingeri kimi oynaya bilir.
Futbolçunun müxtəlif klublarda göstərdiyi performanslardan toplanmış videonu təqdim edirik:
saytlarin hazirlanmasi