Mahir Emrelinin komandasının 1/8 finaldakı rəqibi bəlli oldu

16:34 - 23 Fevral 2024

Bu gün Nyonda (İsveçrə) Konfrans Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, püşkatmaya əsasən Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” klubunun rəqibi müəyyənləşib. Zaqreb klubu bu mərhələdə PAOK-la qarşılaşacaq.

İlk oyun Zaqrebdə, cavab oyunu isə Salonikidə baş tutacaq. Matçlar martın 7-14-də baş tutacaq.

Xatırladaq ki, “Dinamo” pley-off mərhələsində İspaniyanın “Betis” klubunu üstələyib (1:1, 1:0).

Xəbər xətti