Almaniyanın "Bayer" (Leverkuzen) klubunun rəsmisi Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasınə şərh edərkən, “Qarabağ” haqda da fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan baş direktor Ağdam klubuna qarşı ciddi yanaşmaq lazım gəldiyini qeyd edib:
"Qət edəcəyimiz uzun yol var. Lakin 1/8 finalı səbirsizliklə gözləyirik. Bizim “Qarabağ” və klubun rəhbərliyi ilə yaxın, yaxşı münasibətimiz var. “Braqa”ya qarşı yaxşı pley-off oyunları keçirdilər. Biz bu komandaya ciddi yanaşmalı və həmişəki kimi diqqətli olmalıyıq".
Qeyd edək ki, “Qarabağ” və “Bayer” komandaları arasındakı görüşlər martın 7-i və 14-də keçiriləcək.
saytlarin hazirlanmasi