"Sevilya" rəhbərliyi mərakeşli hücumçu Yussef En-Nesirini komandada saxlamağı planlaşdırır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Əndəlusiya klubunun rəhbərliyi artıq afrikalı forvarda yeni müqavilə təklif edib.
En-Nesirinin "Sevilya" ilə müqaviləsi 2025-ci ilə qədərdir. "Yuventus", "Atletiko", "Milan", "Vulverhempton" və "Vest Hem"in israrla transfer etmək istədiyi forvarda "Əl-İttihad"la "Əl-Əhli" də təklif irəli sürüb.
Lakin İspaniya klubu Yussefin müqavilə müddətini artırmaqda maraqlıdır. Bu mövsüm mərakeşli "Sevilya"nın heyətində bütün yarışlarda 28 oyun keçirib, 11 qol vurub və iki məhsuldar ötürmə verib. 26 yaşlı hücumçu “Malaqa”, “Leqanes”də oynadıqdan sonra 2020-ci ildə “Sevilya”ya keçmişdi.
saytlarin hazirlanmasi