"Qarabağ" "Braqa" ilə matçda xarakter nümayiş etdirdi"

15:17 - 24 Fevral 2024

"Qarabağ"ın sabiq məşqçisi və forvardı Nazim Əliyev Sportal.az saytına açıqlama verib.

O, Ağdam klubunun Avropa Liqasındakı çıxışını dəyərləndirib. Əliyevin sözlərinə görə, Azərbaycan çempionu "Braqa"ya qarşı əsl xarakter nümayiş etdirib və 1/8 finalda “Bayer”lə matçda da uğurlu nəticə qazana bilər:

"Qarabağ" “Braqa” ilə görüşdə əsl xarakter nümayiş etdirdi. Buna görə də, sonda istədiyi nəticəni qazana bildi. Əslində, "Qarabağ" meydanda 11 nəfərlə qalsaydı, hər şey daha asan alınardı. Lakin Elvin Cəfərquliyevin qırmızı vərəqə almasından sonra rəqib hücumlarını daha da aktivləşdirdi. Komandamız üçün vəziyyət çətinləşsə də, sonradan hər şeyi xeyrimizə dəyişə bildik. “Qarabağ”ı növbəti mərhələyə adlaması münasibətilə təbrik edirəm. Bütün xalqımızı sevindirdilər".

Veteran forvard Ağdam klubunun 1/8 finalda Leverkuzen təmsilçisi ilə görüşdə uğurlu nəticə qazanmaq şanslarını dəyərləndirib:

"Bayer"in gücünü yaxşı bilirik. Bu mövsüm də qrup mərhələsində nəyə qadir olduqlarını gördük. Hər halda, bəxtimizə potensial rəqiblər arasında ən çətini düşdü. "Bayer" indi Avropada və dünyada ən yaxşı formada olan komandadır. Bu kollektivlə qarşılaşmağımızı istəməzdim. Ancaq püşkatma artıq atılıb. "Qarabağ"ın rəqibi "Bayer"dir. Məncə, “Qarabağ” layiqli mübarizəsini aparacaq və uğurlu nəticə üçün oynayacaq".

Mirbağırağa
 

Xəbər xətti