"Kocaelispor"u ilk dəfə avrokuboklara çıxarmış məşqçi: "Şeydayevdən gözlənti böyükdür"

15:49 - 24 Fevral 2024

"Ramil Şeydayevin daha yaxşı olacağını düşünürəm. Çünki ona da zaman lazımdır, yeni gəlib komandaya".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kocaelispor"un sabiq baş məşqçisi Güvənç Kurtar deyib.

İzmit klubunu tarixində ilk dəfə avrokuboklara çıxarmış türkiyəli mütəxəssis milli komandamızın üzvü olan Ramil Şeydayev barədə danışıb. O, "Kocaelispor"da əsas heyət üzvünə çevrilmiş azərbaycanlı futbolçudan gözləntinin yüksək olduğunu deyib:

"Ramili çoxdan tanıyıram. Türkiyəyə Tayland liqasından gəldi. "Kocaelispor"da ondan gözlənti yüksəkdir. Sadəcə, Ertuğrul Sağlama qarşı doğru etmədilər, onu postundan göndərdilər. Şeydayev yeni-yeni oynamağa başlayıb. Hər halda, performansı yaxşıdır, amma "Kocaelispor"da gözlənti hər zaman yüksək olur".
Qeyd edək ki, 73 yaşlı məşqçi üç fərqli vaxtda “Kocaelispor”da(1991-1994, 1998-2000, 2002-2003) işləyib. O, Azərbaycanda “Rəvan”ı çalışdırıb.
 

Xəbər xətti