Millinin baş məşqçisi İspaniya klubunu çalışdıra bilər

18:41 - 23 Fevral 2024

Rusiya millisinin baş məşqçisi Valeri Karpin İspaniyaya qayıda bilər.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya La Liqasında yarışan "Selta" onu baş məşqçi postuna dəvət etməyi planlaşdırır.

Amma onun eyni zamanda Rusiya millisinə və İspaniya klubuna rəhbərlik etmək planı yoxdur.

Rusiyalı məşqçi hazırda həm də “Rostov”un baş məşqçisidir. O, "Selta" ilə razılıq əldə edərsə, milli və "Rostov"dan ayrılacaq.

55 yaşlı mütəxəssis futbolçu kimi “Real Sosyedad”, “Valensiya” və “Selta” klublarında oynayıb.

"Selta" 25 turdan sonra 20 xalla 17-ci pillədədir.

Xəbər xətti