Avropa Liqasında 1/8 finalında mübarizə aparacaq "Qarabağ"ın "Bayer"lə görüşlərinin başlama saatı açıqlanıb.
Sportal.az xəbər verir ki, ilk görüş martın 7-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionda baş tutacaq və oyuna 21:45-də start veriləcək.
Cavab qarşılaşması isə martın 14-də Leverkuzendəki "BayArena" stadionunda olacaq və həmin görüş isə Bakı vaxtilə saat 00:00-da başlanacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi pley-off mərhələsində "Braqa"nı(2:3, 4:2) mübarizədən kənarlaşdırıb.
saytlarin hazirlanmasi