Millimizin üzvü qol vurdu, komandası xal qazandı

10:33 - 24 Fevral 2024

Niderland birinci divizionun 27-ci turunun bir sıra oyunları baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Eyndhoven” “Venlo”nun qonağı olub.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Meydana start heyətində daxil olan Kökçü 55-ci dəqiqədə komandasının ikinci qolunu vurub, 87-ci dəqiqədə əvəzlənib.

Bu, millimizin üzvünün mövsümdəki səkkizinci qoludur. Hazırda “Eyndhoven” 33 xalla 14-cü yerdədir.

Xəbər xətti