Braziliya millisinin sabiq forvardı Halk "Atletiko Mineyro"da qalıb.
Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, "Adana Demirspor"un transfer siyahısında olan təcrübəli hücumçu hazırkı komandası ilə müqavilə müddətini artırıb.
O, 2026-cı il iyunun 30-na qədər "Atletiko Mineyro"da oynayacaq.
37 yaşlı futbolçu 2021-ci ildən bu komandanın formasını geyinir.
Halk Braziliya çempionatında son mövsümdə 34 matça çıxıb, 15 qol vurub və 11 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi