"Braqa"nın etirazı, "Qarabağ"ın təmiz qolu -   Axundzadənin vurduğu qolun İNCƏLİKLƏRİ

15:34 - 24 Fevral 2024

"Qarabağ"ın əlavə vaxtın uzatma dəqiqələrində vurduğu qol "Tofiq Bəhramov"da az qala zəlzələ effekti yaratdı. Nəriman Axundzadənin topu tordan keçirdiyi an izdiham, sevinc hayqırtıları, göz yaşları, o qədər qarışıq hisslər yaşandı ki, xoşbəxtliyin tablosu da demək olardı bu mənzərəyə. 

Biz sevinərkən, "Braqa"nın futbolçuları baş hakim Georgi Kabakova etiraz edirdilər. Onlar futbolçunun yerdə qalmasına işarə verərək, cərimə zərbəsinin yenidən təkrarlanmasını istəyirdilər hakimdən. Lakin bolqar hakim qərarını dəyişmədi və qolu qeydə aldı. 

Bədavi Hüseynov cərimə zərbəsini yerinə yetirəndə, həqiqətən də Yankoviç yerdə qalmışdı. Lakin qaydalara görə, yalnız rəqib komandanın futbolçusu yerdə olanda və hakim fit işarəsini göstərəndə oyunu dərhal başlamaq qadağandır. Nəriman Axundzadənin vurduğu qol zamanı isə nə fit işarəsi göstərilmişdi, nə də yerdə qalan "Braqa"nın futbolçusu idi. Ona görə də, baş hakimin "Qarabağ"ın təmiz qolunu qeydə almaqdan başqa çarəsi qalmadı. 

Həmid

Xəbər xətti