"Qarabağ"ın Avropa Liqasında 1/8 final mərhələsinə adlaması "Sabah"a da pul qazandırıb.
Sportal.az "azerisport"a istinadən xəbər verir ki, "Sabah" Aleksey İsayevi "Qarabağ"a satarkən müqavilədə futbolçunun avrokuboklarda debüt edəcəyi təqdirdə, "bayquşlar"a bonus ödəyəcəyi bəndi qeyd edilib.
Klublar arasında müqavilədə İsayevin debütü ilə yanaşı, “atlılar”ın Avropa Liqasında növbəti mərhələyə yüksələcəyi halda "Sabah"a 100 min dollar (təxminən 170 min manat) ödəyəcəyi ilə bağlı razılıq da olub.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu (4:2, 2:3) üstələməyi bacarıb.
Xatırladaq ki, İsayev “Braqa”ya qarşı ilk görüşdə 87-ci dəqiqədə meydana daxil olub.
saytlarin hazirlanmasi