"Zirə"nin yarımmüdafiəçisi Ceyhun Nuriyev Premyer Liqanın 24-cü turunun "Araz-Naxçıvan"la(0:3) görüşündən sonra Sportal.az saytına müsahibə verib.
- Bu matçda 3:0 qalib gəldiniz. Oyun haqda fikrin necədir?
- Oyunun gedişində üstünlük bizdə idi. Doğrudur, topa daha çox "Araz-Naxçıvan" nəzarət edirdi, amma matçdakı üstünlük biz tərəfdə idi. Diqtə edən tərəf özümüz olduq. İlk yarı istədiyimiz qolu vurduq. Sonradan isə "Araz-Naxçıvan"ın daha çox yüklənəcəyini bilirdik. Dözdük. Ya onlar qol vuracaqdı, ya da biz. Şükür Allaha, qol vuran tərəf biz olduq və qalib gəldik.
- Qapınıza penalti təyin olunsa da, sonradan ləğv edildi. Oyunun həlledici məqamı idi?
- Bəli, penalti təyin edilsəydi, bizim üçün çətin olacaqdı. Çünki ikinci yarının əvvəli idi. Rəqib çox yüklənmişdi, boşluqdan istifadə etdilər. Üstəlik, bir qol epizodları da oldu, amma Tyaqo Silva dəf etdi. Bu epizodlar qırılma anları idi.
- 10 oyundan sonra ilk qələbənizi qazandınız. Əvvəlki turlarda qələbə qazana bilməməyinizin səbəbi nə idi, bəxtsizlik, şanssızlıq?
- Əslində, nüanslar çoxdur. Birinci növbədə öz səhvlərimizdən, daha sonra hakim səhvləri də olurdu. Şanssızlıq da öz sözünü deyirdi. Amma həmişı səhvi özümüzdə axtarmalıyıq.
- Növbəti qələbəni qazanmaq üçün yenə bu qədər gözləməyə ehtiyac olmayacaqki?
- Yox. Allah qoysa, növbəti turda davamı gələr.
- Hazırda ikinci yer uğrunda gərgin mübarizə gedir. "Zirə" ölkə kubokunda da yarımfinal mərhələsinə vəsiqə qazanıb. Avrokubok şanslarınızı necə dəyərləndirirsən?
- İki turniri bir-birinə qatmırıq. Kubokda da hədəfimiz mütləq çempionluqdur. Çempionatda komandaların bir-biri ilə çox yaxındır. Hər xal itkisi bizi turnir cədvəlində aşağı sala bilər. Hər qələbə isə yüksəldə bilər. Liqada mübarizə çox gərgin gedir. Son illərdə belə olmamışdı. Hər oyundan ən pis halda bir xalla ayrılmaq istəyirik.Avrokuboklar şansımızı da yüksək dəyərləndirirəm. Hazırda turnir cədvəlində 4-cü pillədəyik. İkinci və üçüncü yerdəki komandalarla xal fərqi elə də çox deyil. Uzun müddət ikinci pillədə olmuşuq. Avrokubok zonasına düşmək potensialımız çoxdur. Şanslarımız yüksəkdir.
Mirbağırağa
saytlarin hazirlanmasi