"Barselona" onu komandada saxlayacaq, razılıq əldə edildi

13:33 - 26 Fevral 2024

“Barselona” yayda bir neçə futbolçu ilə yollarını ayrılacaq.

Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu 16 yaşlı futbolçusu Lamin Yamalı komandada saxlamağı planlaşdırır. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir və 1 milyard avroluq sərbəst buraxılma maddəsi var.

Artıq “Barsa” rəhbərliyi futbolçunun agenti Jorje Mendeşlə müqavilə müddətini 2030-cu ilə qədər artırmaqla bağlı razılığa gəlib.

Yamal 2025-ci ilin iyulunda, 18 yaşı tamam olanda belə müqavilə bağlaya biləcək.

Xəbər xətti