“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Xabi Alonsonun “Bayer”dəki işini qiymətləndirib.
Sportal.az xəbər verir ki, “The Mirror”a danışan Qvardiola həmyerlisinin Leverkuzen klubundakı fəaliyyətini fantastik adlandırıb:
"Xabi Alonso fantastik iş görür. “Bavariya” ilə mübarizə aparan, məğlub olmayan yeganə komanda “Bayer”dir. İndi mövsümün ən vacib hissəsi gəlir. Onlar işin artıq bitdiyini düşünsələr, Bundesliqanı qazana bilməzlər, onu itirə bilərlər".
Qeyd edək ki, “Bayer” Avropa Liqasının 1/8 fnal mərhələsində “Qarabağ”a rəqib olub. Komandalar arasında oyunlar martın 7-i və 14-də keçiriləcək.
saytlarin hazirlanmasi