Azərbaycan millisinin sabiq üzvü klubdan ayrılmaq üçün AFFA-ya müraciət etdi

12:18 - 27 Fevral 2024

“Qarabağ” və Azərbaycan milli komandasının sabiq üzvü Cavid Tağıyev “İrəvan”dan ayrılmaq qərarına gəlib.

Sportal.az saytına verilən məlumata görə, futbolçu "İrəvan"da qalmaq istəmir. Buna görə də, AFFA-ya müraciət edərək, müqaviləsinin qarşılıqlı olaraq pozulmasına çalışır.

Onun xidmətində maraqlı olan klublar az deyil. Məsələ həllini taparsa, Tağıyev mövsümə fərqli komandada davam edəcək.

Qeyd edək ki, maaşları verilmədiyi üçün əksər futbolçular “İrəvan”dan ayrılıb. Tağıyev də mösvümün əvvəlində bu komandaya keçmişdi.

Əlavə edək ki, "İrəvan"  birinci liqada 15 turdan sonra 23 xalla 6-cı pillədədir.
 

Xəbər xətti