Milliyə İngiltərədə işləmiş mütəxəssis rəhbərlik edəcək

12:34 - 27 Fevral 2024

Cənubi Koreya Futbol Federasiyası milli komandaya yeni baş məşqçi axtarışlarını davam etdirir. 

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, asiyalılar Stiv Brüsla danışıqlara başlayıb.

Bu posta əsas namizədlərdən biri məhz odur.

Cənubi Koreya millisi son olaraq Yurgen Klinsmannla yollarını ayırmışdı. 63 yaşlı mütəxəssis “Kristal Pelas”, “Viqan”, “Birmingem”, “Sanderlend”, “Hall Siti”, “Aston Villa”, “Nyukasl” kimi komandaları çalışdırıb.
 

Xəbər xətti