"Əl-İttihad” “Barselona” və Almaniya millisinin qolkiperi Mark-Andre ter Ştegeni transfer etmək istəyir.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun nümayəndələri artıq alman qolkiperin ətrafı ilə əlaqə saxlayıblar. Artıq onlar “Barselona”nın özü ilə danışıqlara başlayıb.
Hər şey təklif olunan müqavilədən asılı olacaq.
31 yaşlı qapıçının Kataloniya təmsilçisi ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. O, 2014-cü ildə “Borussiya”dan (Münhenqladbax) transfer edilmişdi.