SSRİ millisinin keçmiş qapıçısı: "Lunyov göstərdi ki, sovet qapıçı məktəbi yoxa çıxmayıb"

14:34 - 27 Fevral 2024

Keçmiş sovet qapıçısı Anzor Kavazaşvili vaxtilə "Bayer"dən ayrılaraq "Qarabağ"a keçmək qərarı vermiş Andrey Lunyovun seçiminə münasibət bildirib.

Sportal.az xəbər verir ki, "championat.com"a danışan veteran qolkiper Ağdam klubunun qapıçısı barədə belə danışıb:

"Düzünü desəm, Lunyov "Bayer"dən ayrılanda fikirləşdim ki, digər qapıçılar ona təzyiq göstərirlər və o, futbolun çox inkişaf etmədiyi yerə getməyə qərar verdi. Amma indi Andrey ən yaxşı kimi tanınır. O, göstərdi ki, sovet qapıçı məktəbi yoxa çıxmayıb".

83 yaşlı futbol adamı “Dinamo”(Tbilisi), “Zenit”, “Torpedo”(Moskva), “Spartak”(Moskva) klublarının və SSRİ millisnin qapısını qoruyub. O, həm də, Çad və Qvineya millilərində baş məşqçi kimi fəaliyyət göstərib.

Xəbər xətti