Karyerasını "Mançester Siti"də başa vuracaq

15:17 - 27 Fevral 2024

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bruyne komandadan ayrılmaq istəmir.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, belçikalı futbolçu karyerasını məhz Mançester klubunda başa vurmağı planlaşdırır.

O, 35 yaşında aktiv futbolçu karyerasını yekunlaşdıracaq.

Kevinin hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. 32 yaşlı futbolçu “Genk”, “Çelsi”, “Verder”, “Volfsburq”da oynadıqdan sonra 2015-ci ildə “Mançester Siti”yə keçib.
 

Xəbər xətti