Azərbaycanlı qolkiper Eldar Tağızadə İspaniyada növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, onun komandası “Luqo B” İspaniya Liqasının 22-ci turunda “Arosa” ilə qarşılaşıb (0:0).
Azərbaycanın U-21 yığmasının qolkiperi bütün 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Tağızadə ardıcıl 3-cü matçdır qapısının toxunulmazlığını saxlayır.