Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış "Qəbələ" - "Qarabağ" matçının hakim təyinatları bəlli olub.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, Qəbələdəki matçın baş hakimi Tural Qurbanovdur.
Qarşılaşmaya 19:00-da start veriləcək. Qeyd edək ki, "Qarabağ" turnir cədvəlinin vahid lideridir, "Qəbələ" isə sonuncu pillədə qərarlaşıb.
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov