"Mançester Siti" İngiltərə Federasiya Kubokunda 1/8 final matçına çıxıb.
Sportal.az xəbər verir ki, "şəhərlilər" "Luton"la üz-üzə gəlib.
Erlinq Haalandın 5 qol vurduğu görüşdə Mançester təmsilçisi 6 qolla qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
İngiltərə Federasiya Kuboku
1/8 final mərhələsi
"Luton" - "Mançester Siti" 2:6
Qollar: Klark, 45, 52 - E.Haaland, 3, 18, 40, 55, 58, M.Kovaçiç, 72