Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Molde” ilə oyununda zədələnən müdafiəçi Kevin Medina “Qarabağ”ın qarşıdakı oyunlarına hazırlaşır.
Tam hazır olmadığı üçün Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə oyunlarını buraxan kolumbiyalının “Bayer”ə qarşı oynayıb-oynamayacağına aydınlıq gəlib.
Sportal.az saytına verilən məlumata görə, Kevin Avropa Liqasının 1/8 final mərhələsinin ilk görüşünə qədər tam hazır olacaq.
Qeyd edək ki, Azərbaycan çempionu “Bayer”lə ilk görüşünü martın 7-də Bakıda keçirəcək.
saytlarin hazirlanmasi