"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "İneos"un idman direktoru Deyv Braslefordla ünsiyyətinin necə getdiyi sualını cavablandırıb.
Sportal.az xəbər verir ki, “The Sun”a açıqlama verən niderlandlı klubun gələcəyi ilə bağlı danışıb:
"İndi komandanı gələcəkdə nə gözlədiyini bilirəm. Amma mən də bu gün təhlillər edirəm. Biz komandanın inkişafı və onun tərəqqisi üzərində işləməliyik. Təbii ki, hər oyunda qalib gəlməliyik".
Xatırladaq ki, Ratkliff daha əvvəl “Mançester Yunayted”də dəyişikliklərin iki-üç mövsüm ərzində tədricən baş verəcəyini demiş və azarkeşləri səbirli olmağa çağırmışdı. İngiltərə çempionatının 26 turundan sonra "qırmızı şeytanlar" 44 xal toplayaraq altıncı yerdə qərarlaşıb.