"Mövsümün sonuna qədər harada oynayacağımız hələ ki, konkretləşməyib"

19:34 - 28 Fevral 2024

"Ev oyunlarımızı Qəbələdə keçirməyəcəyimizlə bağlı bizə məlumat verilib. Bu günə qədər bizə stadionu təqdim etdiklərinə görə "Qəbələ" klubunun rəhbərliyinə təşəkkür edirəm. Bundan sonra özümüzə rəqiblərimizi qəbul edəcəyimiz stadion axtaracağıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib. O, Gəncə klubunun mövsümün qalan hissəsində ev oyunlarını harda keçirəcəyini hələ ki, dəqiqləşmədiyini deyib: 

"Rəhbərliklə danışacağıq. Bizim üçün təbi örtüklü meydançada oynamaq daha uyğundur. Mövsümün sonuna qədər harada oynayacağımız hələ ki, konkretləşməyib. Ola bilər ki, ev oyunlarımızı Bakıda, ya da Tovuzda keçirəcək. Amma bizim əsas istəyimiz matçlarımızı təbii meydançada keçirməkdir. Alınsa, "Azərsun Arena"da, ya da "Dalğa Arena"da oynaya bilərik. Yaxın vaxtlarda dəqiq biləcəyik".

Mirbağırağa

Xəbər xətti