"Qəbələ"dən ayrıldıqdan bu yana klubsuz qalmış Andrey Strijyak nəhayət ki, özünə yeni iş yeri tapıb.
Sportal.az xəbər verir ki, ukraynalı futbolçu Xorvatiyada oynayacaq. O, bu ölkənin üçüncü liqasında mübarizə aparan “HASK Zaqreb”lə anlaşıb.
24 yaşlı futbolçu yayda “Qəbələ”dən ayrılmışdı. O, bu komandanın heyətində Azərbaycan kubokuna sahib çıxıb.
Strijyak buna qədər isə, o, “Medimurye”(Xorvatiya), “Metallist”, “Olimpik Donetsk”,”Qornyak-Sport”, “Vorskla”, “Çernomorets”, “Arsenal Kiyev”(hamısı Ukrayna) klublarında oynamışdı.