Rahil oynadı, komandası uduzdu - VİDEO

10:18 - 29 Fevral 2024

Polşa çempionatında 17-ci turdan təxirə salınmış matç keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" növbəti matçına çıxıb.

Onun komandası "Stal"la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub.

Meydana start heyətində çıxan Rahil sona qədər oynayıb. O, 70-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. "LKS Lodz" 10 xalla 18-ci pillədədir. 

Xəbər xətti