Hüseynovun komandası kubokda mübarizəni dayandırdı

11:18 - 29 Fevral 2024

Bolqarıstan kubokunda 1/4 final mərhələsinin matçları baş tutub. 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" da növbəti görüşünü keçirib. 

Cəlalın komandası ÇSKA(Sofiya) klubunun qonağı olub və rəqibinə 0:1 uduzaraq mübarizəni dayandırıb.

Azərbaycanlı müdafiəçi meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Xəbər xətti