Azərbaycanlı vinger Araz Abdullayev Qazaxıstanda oynayacaq.
Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü bu ölkənin "Jenis" klubu ilə anlaşıb.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Futbol agenti Vaqif Heydərli həmin ölkənin mətbuatına açıqlamasında bunları deyib:
"Bəli, Araz Abdullayev bir müddət əvvəl “Jenis”lə müqavilə imzalayıb. O, son illərdə təəssüf ki, heç vaxt öz potensialına çata bilməyən ən istedadlı azərbaycanlı futbolçudur. Qazaxıstan klubu onunla müqavilə imzaladığını niyə elan etmir? Mən yalnız təxmin irəli sürə bilərəm. Məsələ burasındadır ki, Araz bu yaxınlarda Kosovoda çıxış edib və bu ölkənin klubları həmişə TMS FİFA-da ITC beynəlxalq transfer sertifikatı almaqda problem yaşayırlar. Ola bilsin ki, səbəb budur".
Bu ilin yanvarından Araz Abdullayev azad agentə çevrilib. Onun son klubu Kosovanın "Lapi" olub.
saytlarin hazirlanmasi