"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi postunda dəyişiklik edilməsi fikrindən daşınıb.
Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, klub rəhbəri Xavinin ən azı gələn mövsüm komandanın baş məşqçisi kimi qalmasını arzuladığını bildirib.
Laporta bu mövzunu Xavi ilə şəxsən müzakirə edib və öz mövqeyini ona bildirib.
Klubun vitse-prezidenti Rafa Yuste də bu qərarı dəstəkləyib. Onların fikrincə, Xavi Kataloniya klubunda işini davam etdirməlidir.
İspaniyalı mütəxəssis 2021-ci il noyabrın 6-da "Barsa"nın baş məşqçisi təyin edilib. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi