"Bavariya" və "Mançester Yunayted" portuqaliyalını istəyir

12:49 - 29 Fevral 2024

"Bavariya" və "Mançester Yunayted" Antonio Silvanı transfer edə bilər.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, hər iki klub "Benfika"nın müdafiəçisi üçün hərəkətə keçib.

20 yaşlı futbolçu 2022-ci ildən “Benfika”nın əsas komandasında oynayır. Onu transfer etmək istəyən klub 45 milyon avrosundan keçməlidir.

Portuqaliya millisində də 7 oyun keçirmiş Silvanın hazırkı klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti