Azərbaycan Birinci Liqasının 16-cı turunda səfərdə MOİK-ə 0:7 hesabı ilə uduzan "İrəvan"dakı vəziyyət getdikcə daha da pisləşir.
Sportal.az xəbər veir ki, klubdakı maliyyə problemləri davam etməkdədir.
Məşqçilər korpusuna və futbolçulara maaşları gecikdirən "İrəvan" hələ əvvəlki borclarını da ödəməyib.
AFFA-nın Futbolçuların Statusu və Transferləri Komitəsi komandanın sabiq baş məşqçisi Aleksandr Jidkovla razılığa gəlmək üçün “İrəvan”a vaxt verib. AFFA-dan kluba xəbərdarlıq edilib və qarşıdakı günlərdə komitənin bu məsələ ilə bağlı qərar verəcəyi gözlənilir. Bir müddət əvvəl "İrəvan"dan ayrılan millimizin veteran qolkiperi maaş ala bilmədiyi üçün bu klubdan AFFA-ya şikayət etmişdi.
saytlarin hazirlanmasi