Riqobert Sonq Kamerun millisinin baş məşqçisi postunu tərk edib.
Sportal.az “France24”ə istinadən xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyasının rəhbəri Samuel Eto'O onun istefaya göndərildiyini açıqlayıb.
Kot-d'İvuarda keçirilən Afrika Millətlər Kubokunda kamerunlular 1/8 finalda Nigeriyaya 0:2 hesabı ilə uduzmuşdu.
Samuel Eto`O məsələ haqda bu cür danışıb: "Bunlar futbolun qanunudur. Məqsədlərimizə nail olmadıq. Vəziyyəti müzakirə etdik. Müqaviləni yeniləməmək qərarına gəldik, gələcək haqqında düşünməyə dəyər. Ona uğurlar arzulayıram”.
saytlarin hazirlanmasi