"Liverpul" rəhbərliyi komandanı "Bayer"in baş məşqçisi Xabi Alonsonun çalışdırmasını istəyir.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, Mersisayd klubu ispaniyalı mütəxəssisə üç illik müqavilə təklif edib.
İngiltərə klubunun hazırkı çalışdırıcısı Yurgen Kloppun mövsümün sonunda oranı tərk edəcək. "Liverpul" rəhbərliyi isə onu məhz Alonso ilə əvəzləməkdə israrlıdır.
2022-ci ildən "Bayer"in baş məşqçisi olan Xabinin komandadan ayrılıb-ayrılmayacağı dəqiq deyil. Leverkuzen klubu Almaniya çempionatında 23 turdan sonra 61 xalla liderdir.
Əlavə edək ki, "Bayer" Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq.
saytlarin hazirlanmasi