Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə Bakıdakı (2:3) oyununda ikinci sarı vərəqə alaraq meydandan qovulan "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin cəzası bəlli olub.
Sportal.az saytına verilən məlumata görə, UEFA Ağdam klubunun əsas üzvünü bir oyunluq cəzalandırılıb.
Belədə, onun Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə Bakıda keçiriləcək görüşündə meydanda olmayacağı dəqiqləşib.
Amma onun Leverkuzendə baş tutacaq cavab matçında iştirak etmək imkanı yaranacaq.
Əlavə edək ki, "Braqa" ilə görüşdə qırmızı vərəqə göstərilmiş Elçin Rəhmanova da bir oyunluq cəza verilib.
Qeyd edək ki, Cəfərquliyevin qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimlərə qarşı etirazına görə daha çox matç cəzalandırılacağı ehtimal olunurdu.
saytlarin hazirlanmasi