"Milan"ın müdafiəçisi Teo Hernandes zədə səbəbindən A Seriyasının 27-ci turunda "Latsio" ilə oyunu buraxacaq.
Sportal.az "Goal"a istinadən xəbər verir ki, fransalı məşq zamanı ayağından ağrılı zərbə alıb.
Yekun qərarı baş məşqçi Stefano Pioli matçdan dərhal əvvəl klubun tibbi heyəti ilə məsləhətləşdikdən sonra verəcək.
Qeyd edək ki, “Latsio” – “Milan” matçı bu gün 23:45-də start götürəcək. Hazırda “Milan” 53 xalla 3-cü, “Latsio” 40 xalla 8-ci pillədədir.