“Bavariya” qışda “Barselona”nın müdafiəçisi Ronaldo Arauxonu transfer etmək üçün iki dəfə cəhd göstərib.
Sportal.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Danışıqlarda Münhen klubunun baş məşqçisi Tomas Tuxel iştirak edib. Əvvəlcə Münhen komandası uruqvaylının müqaviləsini 70 milyon avro üstəgəl 20 milyon bonus qarşılığında almağa çalışsa da, kataloniyalılar bundan imtina ediblər.
Bunun ardınca 80 milyon avro və 10 milyon bonus təklifi gəlib. Lakin “Barsa” bu təklifini də geri çevirib.
saytlarin hazirlanmasi